Xocalı soyqırımına həsr olunmuş tədbirlər
Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi
Məktəbin Fəaliyyət Planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə fevralın 26-də Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə şagirdlər soyqırıma həsr olunmuş şeirlər səsləndirdilər, faciəyə həsr olunmuş kiçik epizodu səhnələşdirdilər.