Şagirdlər "Ana Harayı" abidəsini ziyarət etdilər

S. Yolçuyev adına 207nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Xatirə Quliyevanın iştirakı ilə 4 "A" sinfinin "Ana harayı" abidəsinə  ziyarəti təşkil olundu. Şagirdlər abidə önünə əkili qoydu və şeirlər səsləndi. Xocalı faciəsini xatırlamaqla öz vətənpərvərlik borclarından çıxmış oldular. Sonda "Xocalı qisasın alındı" mesajını verdilər.
Xocalı soyqırımının baş verməsindən sonra, 1993-cü ildə  hazırda heykəlin yerləşdiyi yerdə əlində öldürülmüş körpəsinin cəsədini qaldıran gənc ananın dramatik heykəli ucaldılmışdı.
1993-cü ildə qoyulmuş “Ana fəryadı” abidəsində Xocalı qadınlarının timsalı olan gənc qadın erməni cəlladları tərəfindən öldürülmüş körpəsini başı üzərinə qaldırıb. Bu görkəmdə həm imdad, fəryad var, həm də ittiham əks edilmişdir. Sanki, eyni taleni yaşamış Xocalı qadınlarının təmsilçisi bütün dünyanı ittiham edir, onlardan cavab tələb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi