Əsrlərin əbədiyyət sədası! Əsrlərin qalibiyyət nidası!

22.11.2023-cü il tarixdə məktəbin akt zalında  tanınmış ziyalıların iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Əsrlərin əbədiyyat sədası! Əsrlərin qalibiyyət nidası!” adlı tədbir keçiririldi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, professor, əməkdar müəllim Hüseyn Əsgərov, YAP Nərimanov Rayon Təşkilatının sədri Samir Vəliyev,  Nərimanov rayon 2-ci seçki dairəsinin DSK-nin sədri Musa Musayev və 177 nömrəli tam orta məktəbin direktoru Arzu Süleymanova qonaq qismində iştirak edirdi. Giriş sözü ilə çıxış edən məktəbin direktoru Yaqut Müseyibli  bildirdi ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.

Daha sonra YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev çıxışında Heydər Əliyevin öz xalqının davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın Onun həyat amalının əsas qayəsi olduğunu tədbir iştirakçılarına çatdırmışdır. Rəsmi çıxışlardan sonra qonaqlar şagirdlərin hazırladıqları səhnəciklər, şeir və musiqi parçalarını dinlədi. Sonda tədbir iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə  həsr olumuş videosujetlərə tamaşa etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi