Həkimlərin şagirdlərlə görüşü
08.12.2023-cü il tarixində məktəbin tibbi heyəti məktəblilərlə görüş keçirdi. Görüşün əsas məqsədi məktəblilərin sağlam qidalanması və hava-damcı infeksiyaları haqqında maarrifləndirici söhbət aparmaq idi. Tibb bacıları Salayeva Nərminə və Məmmədova Şəhla sinif otaqlarında şagirdlərin gigiyena qaydalarına necə əməl etməsi barədə söhbət aparmışlar. İxtisaslaşmış həkim-pediatr Əliyeva Gülnarə tərəfindən seminar keçirildi.Seminarda hava-damcı infeksiyalarına yoluxma yolları,törətdiyi xəstəliklər və onlardan qorunma qaydaları haqqında məruzə olundu.Şagirdlər tərəfindən verilən suallara cavablandırıldı.