Örnək müəllimlər sırasında yer alan Reyhan Rzayeva

Paytaxt Bakı və bütün regionlardan olan "Örnək müəllimlər"i arasında məktəbimizin ingilis dili  müəlliməsi Reyhan Rzayeva qalib olmuşdur.Müəlliməmizi təbrik edir və ona uğurlar arzu edirik. 

Örnək müəllim - Rzayeva Reyhan Qüdrət- Bakı Şəhəri üzrə Təhsil İdarəsi

 1999-cu ildə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsinin bakalavr, 2001-ci ildə isə dilşünaslıq fakültəsinin magistr dərəcəsini fərqlənmə ilə bitirib;

1996-cı ildən indiyədək 207 saylı tam orta məktəbdə İngilis dili müəllimi vəzifəsində işləyir. Rzayeva Reyhan fəaliyyəti zamanı müxtəlif yerli və beynəlxalq təlimlərdə, seminarlarda iştirak edib;

2016-cı ildə Böyük Britaniyanın Leicester universitetində "Study Programme for Teachers" adlı təlim proqramında iştirak etmiş və qayıtdıqdan sonra isə öz təəssüratlarını digər müəllimlərlə də bölüşüb;

2017-ci ildə Tbilisi şəhərində keçirilən 7-ci Cənubi Qafqaz Regional Konfransında, 2018-ci ildə isə Kuala Lumpur şəhərində keçirilən Malayziya Texniki Əməkdaşlıq proqramı olan "Bridging the Gap in Developing Classroom Skills", "The Making of an Effective Facilitator" adlı proqramlarda ölkəmizi təmsil edib;

Bunlardan əlavə, Rzayeva Reyhan İngilis dili müəllimləri üçün təşkil olunmuş təlimlərdə teacher-trainer (təlimçi-müəllim) olaraq fəaliyyət göstərib;
2015-ci ildə British Council tərəfindən keçirilən TKT təlimində iştirak etmiş və uğurlar bitirərək sertifikat əldə edib;
2017-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcisi alıb;
Həmçinin, Rzayeva Reyhanın pedaqoji fəaliyyəti və təcrübələri haqqında 2016-cı ildə "Təhsil və Zaman", 2018-ci ildə isə "Azərbaycan Müəllimi" qəzetlərində məqalələr yazılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi