"Zəfər sədası" adlı tədbir keçirildi

06.11.2023-cu il tarixdə S. Yolçuyev adına 207 nömrəli məktəbin akt zalında "Zəfər sədası" adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, şagird və valideyn heyəti iştirak edirdi. Tədbirdə şagirdlərin çıxışlarından ibarət şeir, səhnəciklər və hərbi yürüşlər numayiş olundu. Vətənpərvərlik hissi ilə ürəyi döyünən məktəblilərimiz Ümummili lider Heydər Əliyev və onun davamçısı, müzəffər ali baş komandan Cənab İlham Əliyevin keçdiyi tarixi yoldan bəhs edən görüntülər və təqdimatlarla tamaşaçılara unudulmaz anlar yaşatdı.

Sonda məktəbin direktoru Yaqut Müseyibli çıxış edərək Zəfər Günu münasibətilə hər kəsi təbrik etdi və xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi