V siniflərdə STEAM dərsləri

STEAM təhsil metodu 5 əsas disiplinlərin nteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. STEAM layihəsinin əsas məqsədi Respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrətmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir. Bu məqsədlər məktəbimizin ilk dəfə olaraq 2023-2024-cü tədris ilində 5-ci siniflərində STEAM dərsləri bu sahədə təlimdə iştirak edərək sertifikat alan müəllimlər tərəfindən tədris edilməyə başladı. Biz şagirdlərimizi iş dünyasının ixtisaslı işçi qüvvəsinə olan tələbatı təmin edəcək kadrlar kimi yetişəcəyinə inanırıq. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi