2023-2024-cü ilin ilk Pedooqoji Şurası keçirildi.

13.09.2023-cü il tarixində 2023-2024-cü tədris ili üzrə ilk Pedaqoji Şura iclası keçirildi. Məktəb rəhbərliyi və pedoqoji kollektivin iştirak etdiyi iclas Vətən uğrunda şəhid olan qəhrəmanlarin əziz xatirəsini yad etməklə başladı. İclası giriş sözü ilə açan məktəbin direktor əvəzi Gülnarə Vəliyeva tədris ilinin başlaması münasibətilə kollektivi təbrik edib, yeni tədris ilində uğurlar arzuladı.

Daha sonra tədris işləri üzrə direktor muavini Məmmədova Elnarə ötən tədris ilində görülən işlərin qısa hesabatı, 3 və 4-cü siniflər üzrə keçirilmiş monitorinq və IX və XI siniflərin buraxılış imtahan nəticələri barədə məlumatı diqqətə çatdırdı. Sinifdənxaric və məkdəbdənkənar işlər üzrə təşkilatçı Sədaqət Əliyeva pedoqoji kollektivi şagird qaydaları, məktəbli geyim formaları və icbari təhsildən yayınma hallarına qarşı işin daha sistemli şəkildə həyata keçirilməsi barədə məsələlərlə məlumatlandırdı.

İclasda BŞTİ-nin 305F n-li əmrində göstərilən məsələlər kollektivin nəzərinə çatdırıldı, növbəti ildə qarşıda duran hədəflər müəyyənləşdirildi, gündəlikdəki məsələlər müzakirə edildi. I-XI siniflərdə ilk dərslərin "Heydər Əliyev Azərbaycanın qurucusu və xilaskarıdır" mövzusuna həsr olunması, məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəbdə tədris olunan yeni layihələr, 5-ci siniflərdə yeni tədris olunacaq STEAM dərsləri və kursların keyfiyyətinin yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparıldı.

Sonda məktəbə yeni təyin olunan müəllimlər kollektivə təqdim olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi