Son zəng qeyd edildi

14.06.2023-cü il tarixdə Nərimanov rayonu S. Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbiri keçirildi. Tədbirdə Nərimanov rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zeynalov Vəfadar, Nərimanov rayon Ağsaqqalar şurasının sədr müavini Babayev Kamil, 207 nömrəli məktəb direktoru Seyidova Sədaqət  xanım, müəllim kollektivi və valideynlər iştirak etdilər. Bu gün 70 nəfər şagird məktəbə əlvida deyib, yeni həyata doğru yol alır. Məktəb illəri hər bir şəxsin həyatında mühüm rol oynayır. Kimisi o illəri gözəl günlər kimi, bəziləri də keçmişində xatırlamaq istəmədiyi illər kimi qəbul edir.

Məktəb rəhbərliyi və kollektivi adından bütün məzunları təbrik edir, uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi