1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir. Tədbirdə iştirak edən məktəbin direktoru Seyidova Sədaqət xanım şagirdləri təbrik etdi. Daha sonra bayram tədbiri şagirdlərin milli və müasir musiqiləri ilə hazırladıqları maraqlı proqramla davam etdirildi. Müxtəlif millətlərindən Uşaqlar çıxışlarında qeyd etdilər ki, "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü" müharibələrə yox deyərək, uşaqların sağlamlıqlarının, hüquqlarının müdafiəsi günüdür. Sonda kiçik məktəblilər 2 "Ç" sinfinin şagirdi Qurbanov Altayın ifası ilə simvolik Yer kürəsinin ətrafında dövr etdilər. Proqramın təşkilatçısı ibtidai sinif üzrə TTDM Vəliyeva Gülnarə müəllimə idi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi