Ekoloji məhkəmə

24.05.2023-cü il tarixdə məktəbin 7"C" sinfində coğrafiya müəllimi Lətafət Mürsalıyevanın rəhbərliyi ilə "Ekoloji məhkəmə" adlı praktik dərs keçirildi. Şagirdlər atmosfer, hidrosfer, litosfer və biosferi rollu oyunlarda canlandırdı, dərsdə bəşəriyyətə qarşı qaldırdığı iddiaya baxıldı.

Dərsdən əvvəl məhkəmə iştirakçılarını təyin edilərək rolları bölüşdürdürüldü. Sonra dərslikdəki materiallar və digər mənbələrdən istifadə etməklə hər bir iştirakçı öz xeyrinə dəlil və sübutlar topladı. Bu barədə iştirakçılara dərsdən bir neçə gün əvvəl tapşırıqlar verilmişdi. “Məhkəmə prosesi”nin məktəbin həyətində keçirilməsi təklifi daha məqbul hesab edildi və dərs şagirdlər tərəfndən olduqca maraqlı alındı. Müəllimin şagirdlərdə stimulverici dəstəyi, fənnüstü inteqrasiyasından istifadəsi müşahidə olundu.

Məqsəd dərsin sonunda qərarın çıxarılması idi. İddiaçıların şikayətinə əsasən bəşəriyyət təcili olaraq vurulan ziyanın qarşsını almaq üçün tədbirlər planı hazırlamalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi