Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir

22.05.2023-cü il tarixdə Nərimanov Rayon Gənclər və İdman idarəsi tərəfindən şagirdlərimiz qiymətləndirildi.

"Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir" mövzusunda Nərimanov rayon məktəbliləri arasında keçirilən inşa-yazı müsabiqəsində I yeri tutduğuna görə 8 “A” sinif şagirdləri -Müzəffərli Nigar diplom, fərqləndiyinə görə Quliyeva Ofelya fəxri fərman, iştirakına görə Novruzova Xədicə sertifikatla təltif olundu. Eləcə də rəsm müsabiqəsində 10 “B” sinfinin istedadlı şagirdi Rüstəmova Nuray I yeri tutduğuna görə dimloma layiq görüldü.

Şagirdlərimizə təltiflər Nərimanov Rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov tərəfindən təqdim edildi. Məktəbin direktoru Sədaqət xanım Seyidova qalibləri bir daha təbrik edərək onlara gələcək dərslərində uğurlar arzu etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi