Olumdan Ölümədək Mübariz

05.05.2023- cü il tarixində  “Heydər Əliyev İli” layihəsi çərçivəsində "OLUMDAN ÖLÜMƏDƏK MÜBARİZ" adlı tədbir keçirildi. Tədbirdə millət vəkili, milli məclisin sədr müavini Adil Əliyev, Nərimanov İcra Hakimiyyətinin nümayəndəsi, Yeni Azərbaycan Partiyasından nümayəndələr, Nərimanov rayon İdman və Gənclər İdarəsinin rəisi Nəcəf Novruzov, müəllim və valideynlər, 36, 39, 93 və 178 nömrəli məktəblərin direktorları, məktəbin şəhid məzunu Səid Rəşidzadənin ailə üzvləri, Veteranlar Şurasının nümayəndələri və digər qonaqlar iştirak etdilər.

Öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndirildi. Məktəbin direktoru Səaqət xanım Seyidova  qonaqları salamlayaraq Ulu Öndərin mənalı həyat və yaradıcılığından danışdı. Sonra məktəblilərin təqdimatında Ulu Öndərin xatirəsinə həsr olunmuş bədii kompozisiya nümayiş olundu. Tədbir məktəbin Azərbaycan dili (Dövlət dili ) müəllimi Amaliya Məmmədovanın yazdığı eyni adlı ssenari əsasında təşkil olunmuşdur. Müəllifə məxsus olan "Heydərim-Öndərim", "Gəl, arxamca gəl" adlı marşları və "Azərbaycanım" mahnısı şagirdlər tərəfindən səsləndirildi. Tolerant ölkə olaraq məktəbimizdə təhsil alan başqa millətlərin uşaqları çıxış etdi. Onlar çıxışlarını öz ana dilində edərək Azərbaycanı çox sevdiklərini və burada xöşbəxt olduqlarını bildirdilər.

Fəxri qonağımız, milli məclisin sədr müavini Adil Əliyev çıxış edərək Ulu Öndərin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verdi. Tədbirin sonunda ssenari üzrə "Olumdan ölümədək mübariz" adli kitabın müəllifi olan Amaliya müəllimə və istedadlı şagirdlər məktəbin direktoru Sədaqət xanım tərəfindən fəxri fərmanla təltif olundu.

Ən sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi