Şagirdimiz BMT-nin qərargahında Qadınların Statusu üzrə Komissiyanın 67-ci sessiyasına qatılıb

11 "ç" sinif şagirdi Əsgərli Ayan Ramazan qızı. Ayan istedadı ilə seçilən, ailəsinin və müəllimlərinin dəstəyilə xarici dildə ünsiyyəti mükəmməl şəkildə formalaşmış bir şagirddir. Bu il 11- ci sinfin məzunu mart ayında xaricdə bir sıra sessiyalarda iştirakı ilə ölkəmizi təmsil etmişdir.

Bu barədə Əsgərli Ayan Ramazan qızı:

"Mən 5-11 mart 2023- cü il tarixlərində Nyu-York şəhərində BMT-nin qərargahında Qadınların Statusu üzrə Komissiyanın 67-ci sessiyasında iştirak etdim. Bu sesiya ümumiyyətlə, qadınların və qızların problemləri ilə əlaqədar ümumi vəziyyəti qiymətləndirsə də, daha çox “İnnovasiyada dəyərlər: Rəqəmsal texnologiyaların yenidən mənalandırılmasında qadınların iştirakı” mövzusuna həsr olunmuşdu. Mən bu sessiyada qadınlar arasında ən gənc təmsilçi idim və gənclərlə işə aid sesiyalarda iştirak etdim, ölkəmizdə bu barədə görülən işlərdən danışdım, dünyanın müxtəlif ölkələrindəki təcrübələrdən faydalandım. İndi bu sahədə fəaliyyətimi davam etdirmək istəyirəm və xüsusilə, gənclər arasında maarifləndirmə işlərinə üstünlük verməyi düşünürəm.

Mənim bu mövzuya xüsusi marağım olduğu üçün və Azərbaycanda da yeniyetmələr və gənclərlə bu və digər mövzularda iş apardığım üçün bu sesiyaya dəvət almışdım. Mən yeniyetmələrin mənəvi və intellektual cəhətdən gücləndirilməsi proqramı üzrə könüllü animator kimi çalışıram və cəmiyyətdə hüquqi baza baxımından kişi və qadın bərabərliyi nə qədər inkişaf etsə də, çağırışlar hələ də qalır. Çünki sürətli texnoloji inkişaf qadınları, xüsusilə, bu texnologiyaya əli çatmayan qadınları marginal səviyyəyə salır və bu özü ilə digər fəsadlara gətirir.

İnsanın qabiliyyətini genişləndirən, insanlığın ən ali dəyərlərini əks etdirən firavan və uzlaşmış bir sivilizasiya qurmağa töhfə vermək üçün alət kimi istifadə olunmalı olan çoxlu texnologiyalar, bunun yerinə, insan təbiəti və kimliyi, tərəqqi və məqsəd barədə təhrif olunmuş anlayışları gücləndirir və biz bunun belə olduğunu sosial mediada hər gün görürük.

Rəqəmsal texnologiyaların istifadəsilə qadınların inkişafı və uşaqların təlim-tərbiyəsinin yüksəldilməsi mexanizmlərinin araşdırılması, həmçinin, onların tam iştirakının, təmsilçiliyinin, müdafiəsinin, onlayn rifahının və təhlükəsizliyinin təmin edilməsi indi bütün cəmiyyətlərin qayğısı olmalıdır.

İnsan təbiəti və tərəqqi barədə daha yüksək konsepsiyaları əks etdirən bütöv və tam bir modelin qurulması, cəmiyyətin yaxşılaşdırılması üçün onların konkret ehtiyac və prioritetlərinə uyğun olaraq istifadə olunacaq alətlərin yaradılması - sonsuz imkanlar təqdim edən texnoloji innovasiya üçün baxış indi budur."

Əsgərli Ayana məqsədlərinə doğru gedən yolda uğurlar arzu edirik.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi