Milli dəyərlərimizi qoruyaq
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023 tarixli F 123 əmri ilə"Dəyərlərimizi qoruyaq!" adlı layihəsinin keçirilməsi barədə Tədbirlər Planı təsdiq olunmuşdur. Layihənin məqsədi təhsilalanları milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyllərini gücləndirmək və dəyərlərimizi qorumaqdır.
"Dəyərlərimizi qoruyaq!" adlı layihənin keçirilməsi barədə Tədbirlər planının 6.1 bəndinə uyğun olaraq 3”d” sinif şagirdləri sinif rəhbəri Əliyeva İrina müəllimin təşkilatçılığı ilə ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri olan buta haqqında maraqlı təqdimatlarla çıxış etdilər.