VİLYAM ŞEKSPİRİN 200 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ƏDƏBİ BƏDİİ GECƏ

21.04.2015 - cil il tarixdə məktəbimizdə görkəmli ingilis dramaturuqu Vilyam Şekspirin 200 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirilmişdir.Gecənin təşkilatçısı məktəbin ingilis dili müəllimi Reyhan Rzayeva idi. Bu işdə ona məktəbimizdə pedaqoji təcrübə keçən ADU - nin ingilis dili fakultəsinin tələbələri Kərimli Fatimə və Əbdürrəhmanova Aysel yaxından kömək etmişdirlər. Reyhan Rzayeva V.Şekspirin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdikdən sonra sinif şagirdləri onun şerlərini səsləndirdilər. Tədbirdə VIIA sinfinin şagirdləri Əzimzadə Mədinə,Həsənzadə Xanım, Əsədzadə Altun, Nəbizadə Fərhad, Aslanov İstanbul, Qədirov Rəhman, Məmmədov Rəhman, İsmayılova Həlimənin iştirakı ilə "Kral Lir" əsərini nümayiş etdirdilər. Gecəyə Los Ancelesden Azərbaycanda növbəti səfərində olan,ingilis dilində çap edilən "Azərbaycan İnternəşıl" jurnalının baş redaktoru xanım Betti Bleyer qonaq qismində dəvət edilmişdir. Çox maraqlı və yadda qalan tədbir oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi