Konstitusiya günü

Azərbaycan ilk dövlət müstəqilliyini 1918-ci il mayın 28 də əldə edərək Şərqdə ilk Demokratik Respublikasının yaratdığı ölkə kimi tarixə düşmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmizin Konstitusiyası qəbul edilməsə də, 1918- ci il mayın 28-də Tiflisdə Milli Şuranın qəbul etdiyi “İstiqlal bəyannaməsi” konstitusiyanı əvəz etmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra 1991- ci ildə 18 oktyabrda qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” yeni Konstitusiyanın qəbul edilməsinin bünövrəsini qoydu. Bu gün məktəbimizdə Azərbaycan dövlətçilik tarixində xüsusi yer tutan mühüm tarixi hadisə qeyd olundu. Dəyirmi masada 10-cu, 5 –ci sinif şagirdləri çıxış etdilər.Demokratik yolla, çətinliklə əldə etdiyimiz müstəqilliyimizə aid kadrlar təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi