Dövlət Bayraq günü

Bu gün məktəbimizdə Dövlət Bayraq gününə həsr olunmuş tədbir keçirldi. Bayrağımızın tarixi haqqında məlumat verildi. Videoçarxlar təqdim olundu. Tədbirdə V, VII, X sinif şagirdləri çıxış etdilər. Səhnəyə bayraq gətirildi. VII sinif şagirdi Zeynallı Zeybənin ifasında C.Cabbarlının “Azərbaycan bayrağına” şeiri və X siniflərin hazırladıqları kompozisiya hamının xoşuna gəldi. Üçrəngli, şanlı bayrağımızın tez bir zamanda, öz gözəlliyi dillər əzbəri olan Qarabağ torpağında dalğalanması arzusu ilə tədbir yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi