18 Oktyabr Müstəqillik Günü

Müstəqilliyimizin bərpa edilməsindən 25 il ötür. Hər bir ölkə üçün ən önəmli bayram Müstəqillik əldə edilməsi günüdür. Çünki hər şey, millətçilik, müdafiə, iqtisadiyyat, azadlıq və bu cür digər məfhumlar müstəqillikdən, istiqlaliyyətdən asılıdır. Bu əlamətdar gün münasibəti ilə bu gün məktəbimizdə dəyirmi masa keçirildi. 10a və 7 bsiniflər həmin tədbirdə iştirak etdilər. Müstəqillik günü münasibətilə tədbirdə videoçarxdan da istifadə olundu. 10 a sinif şagirdləri Xəlilov Ceyhun, Ələkbərova Leyla, Ələkbərzadə Günəş, Osmanova Xumar və 7b sinif şagirdi Zeynallı Zeybə vətənpərvərlik və müstəqillik ruhunda şeirlər söylədilər. Tədbirin sonunda məktəbin tarix müəllimi Quliyeva Məlahət və təşkilatçı İsmayılova Sədaqət dəyirmi masa iştirakçılarına keşməkeşli və şərəfli müstəqillik yolumuz haqqında məlumat verərək onlara vətənpərvərlik ruhunu aşıladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi