“Bilik Günü”

Bu gün Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, Bilik bayramıdır. Ölkəmizdə yeni dərs ili başlayır. Bu münasibətlə məktəbimizdə bayram şənliyi təşkil olunmuşdu. Məktəbin həyətində kecirilən bayram tədbirində valdeyinlər, müəllimlər,rayon icra hakimiyyətinin nümayəndəsi Vəfadar müəllim iştirak edirdi. Daha sonra məktəbin direktoru Sədaqət Seyidova çıxış edərək şagirdlərə zirvəyə gedən bu yolda uğur və müvəffəqiyyət arzuladı. V, VII və X siniflər tədbirdə çıxış etdilər. C.Cabarlının, B.Vahabzadənin, Xəlil Rza Ulutürkün şeirləri şagirdlərin ifasında səsləndirildi. Valdeyinlər adından 676 balla Tibb Universitetinə daxil olmuş Qazıbəyova Gülçöhrənin valdeyini Mehman müəllim çıxış edərək müəllim kollektivinə səmimi minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi