"Aşıq Ələsgər 200"

Azərbaycan Respublikası təhsil nazirinin 26.07.2021-ci il tarixli F-372 nömrəli əmri ilə təsdiq olunmuş “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın icrasını təmin etmək təhsilalanları ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, istedadlı şagirdləri üzə çıxarmaq, onların bədii-estetik səviyyəsini yüksəltmək və yaradıcılıq potensialını inkişaf etdirmək, yaradıcı məktəblilərə dəstək olmaq məqsədilə 207 nömrəli tam orta  məktəbdə Türk dünyasınin boyük saz-söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş dairəvi masa təşkil olunmuşdur. Pandemiya epidemioloji qaydalara uyğun olaraq keçirilmişdir. Məktəbin rəhbrərliyi və müəllimlərin iştirakı ilə baş tutan dairəvi masada 6-9-cu siniflərin istedadlı şagirdlərindən  Aşıq Ələsgərin zəngin yaradıcılından bəhrələnərək şeirlər söyləmiş, müxtəlif rəsm əsərlərini təqdim etmişlər. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi