27 sentyabr  Anım günü

27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarında dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərinə, bütün şəhidlərinə dərin ehtiram əlaməti olaraq, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncamını ilə 27 sentyabr  Anım günü kimi  təsis edilmişdir.

27 sentyabr 2020-ci il  tarixində başlayan Vətən müharibəsində həyatını itirən 2823 Şəhidimizin hər birinin ruhu bizim üçün əzizdir, onları tanımaq və qürurla şagirdlərimizə tanıtmaq biz müəllimlərin borcudur.

Bu gün 207 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə ibtidai sinif şagirdlərinin hazırladıqları ədəbi bədii kompazisiya onların qəlbində olan vətən sevgisinin bariz sübutu idi.

Vətənimizin ərazi bütövlüyü uğrunda həyatını, sağlamlığını itirən bütün şəhid və qazilərimizin qarşısında baş əyirik, onları ən dərin ehtiramla yad edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi