31 MART SOYQIRIMI

Uzun illərdir Azərbaycan torpaqlarının 20% yağı düşmənlər tərəfindən işğal altındadır. Onlar bu torpaqları alana qədər Azərbaycanın bir çox bölgələrində qətliamlar törədiblər. Tarixin səhifələrini vərəqlədikdə ermənilərin zaman- zaman azərbaycanlılara qarşı törətdikləri fitnə fəsadların şahidi oluruq.Bu törədilən qətliamların biri də 31 Mart soyqırımıdır. Yaxşı silahlanmış ermənilər şəhərləri, kəndləri qarət edir və insanlığa yaraşmayan vəhşiliklər törədirdilər. 1918 - ci ilin mart soyqırımı zamanı son 3 gün ərzində Bakı şəhərində 30 minədək əhali öldürülmüş, 10 minlərlə insan itkin düşmüşdür. 31 Mart soyqırımı xalqımızın böyük faciəsidir. Bu faciə də bizim qan yaddaşlarımıza yazılır.Heydər Əliyevin 27 mart 1998-ci il 31 mart Azərbaycanlıların soyqırımı haqqında fərmanı ilə 31 Mart Azərbaycanlıların soyqırımı günü kimi elan edilmişdir. Həmin vaxtdan hər il 31 Mart Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Xalqımız bu faciəni unutmur və unutmayacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi