Yol nişanlarını bilirsənmi?

Hər bir məktəbli təhlükəsizliyini qorumaq üçün yol hərəkəti qaydalarını bilməlidir. Çünki, hər gün müxtəlif yollardan istifadə edirik. Hər hansı diqqətsizlik, səhv hərəkət xəsarət almağımıza, xoşagəlməz hallarla üzləşməyimizə səbəb ola bilər.

Uşaqlara kiçik yaşlardan etibarən yol hərəkəti qaydaları haqqında qısa məlumat verilməlidir. 

Bu bilgi gələcəkdə onları müxtəlif qəza şəraitlərindən xilas olmağına imkan yaradacaq. Uşaqlara uşaq dili ilə, onların başa düşəcəyi tərzdə - oyunlarla, oyuncaqlarla yol təhlükəsizliyi qaydalarını aşılamaq mümkündür.

1 a sinfində bu gün yay məktəbində “Yol nişanlarını bilirsənmi?” mövzusunda dərs keçilmişdir. Dərsdə şagirdlər arasında yol hərəkət nişanları, işıqfordan istifadə qaydaları, piyadanın özü və sürücü üçün təhlükəsiz şərait yaratması qaydaları ilə bağlı viktorina keçirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi