Son zəng

    İnsanın həyatında dərin izlər buraxan anlar var. O anlar ki, sonradan ömür səhifələrində unudulmaz xatirələrə çevrilir. Belə xatirələrdən biri də həyatda qalibiyyətin, məğlubiyyətin, uğurların, mübarizənin, dostluğun, birliyin, qayğının…. hər bir ilklərin başlanğıcı olan məktəblə ayrlığın zənginin çalındığı “Son Zəng” günüdür.
    Bu gündən etibarən məzunlarımız məktəbə şagird kimi yox, müstəqil Azərbaycanın azad gəncləri kimi gələcəklər. Arzu edirik ki, bütün məzunların səsi ali təhsil ocaqlarından gəlsin və onları öz qoynunda sevimli balası kimi əzizləyən məktəbimizi, müəllimlərini, qayğısız həyatlarını heç vaxt unutmasınlar.
    Məzun olan 77 nəfər şagirdimizin hər birinə gələcək həyatlarında uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi