Beynəlxalq Caribou Riyaziyyat Yarışması
Caribou Riyaziyyat, şagirdlərin riyaziyyat elmindən zövq almağı və riyazi məsələlər həll etməklə xoş vaxt keçirmələrini hədəfləyən Kanada mərkəzli bir təşkilatdır. Beynəlxalq Caribou Riyaziyyat Yarışması dünya miqyasında bir onlayn riyaziyyat yarışmasıdır.
2, 3-4, 5-6, 7-8, 9-10, 11-12 kateqoriyalarında ildə 6 dəfə təşkil edilən yarışma İngilis, Fransız, Çin və digər dillərdə aparılır.
Beynəlxalq Caribou Riyaziyyat Yarışması ildə bir dəfə keçirilən və rəqabət edərək şagirdlərə reytinq verən müsabiqələrdən fərqlidir. Şagirdlər bir il ərzində 6 müsabiqədə iştirak edə bilərlər, beləliklə şagirdlərin inkişaf prosesləri izlənilə bilər. Yarışın nəticələrini almaq üçün çox gözləmək lazım deyil. Nəticələr müsabiqə başa çatdıqdan 1-2 gün sonra elektron poçtla göndərilir.
Bundan əlavə, müsabiqəyə qatılan şagirdlər cari ilin və əvvəlki ilin müsabiqə sualları, onlayn riyaziyyat və məntiq oyunları, kalsrostik adlı tapmaca fəaliyyətləri kimi əlavə materiallara pulsuz giriş imkanı əldə edə bilərlər və beləliklə beynəlxalq təcrübə əldə etmək imkanına sahib olarlar.
Məktəbimizin 5a sinif şagirdləri Barış Vəlizadə və Nicat Məmmədov aprel ayında keçirilən Beynəlxalq Caribou Riyaziyyat Yarışmasında dünya üzrə ilk 6-lığa layıq görülüblər. May ayında keçirilən yarışda isə Barış 1-ci, Nicat isə 5-ci yerə layiq görülüb.
Biz şagirdimizi təbrik edirik, bu cür uğurlarının davamlı olmasını arzu edirik və onların bu uğurlarında xüsusi əməyi olan məktəbimizin riyaziyyat müəllimi Səbuhi Ramazanova təşəkkür edirik.