İmtahan həyəcanın aradan qaldırılmasına yönəlik xüsusi texnikalar və EMDR qrup terapiyası

Mütəxəssislər, universitet imtahanında iştirak edəcək tələbələrin narahatlıq səviyyəsinin, əməliyyat olunacaq xəstələrin narahatlıq səviyyəsindən daha yüksək olduğuna diqqət çəkirlər. İnsanın ibtidai təhsildən universitetə qəbul və ali təhsilin başa çatmasına qədər və məzun olduqdan sonra da işə  qəbul prosesində müsahibələr zamanı imtahan narahatlığının sosial problem olduğu ortaya çıxır. Məktəbimizin Psixoloqu Könül Fərmanlı imtahan narahatlığının ən sürətli həll yolu EMDR Terapiyası vasitəsi ilə 11-ci sinif şagirdlərində yaranan bu narahatlığı aradan qaldırmaq üçün şagirdlərlə online görüş keçirdi.
İmtahan narahatlığının EMDR terapiyası ilə başa çatırdığını qeyd edən K.Fərmanı həm də  metod haqqında şagirdlər məlumat verdi.
EMDR (Eye Movement Desensitization and Reprocessing) azərbaycanca ,“göz hərəkətləri ilə həssasızlaşdırma və yenidən emal etmə” adlanan son dərəcə sübüta əsaslanan ,güvənli psixoterapiya metodudur.

EMDR-ın inkişafı 1987 ci ildə Francio Shapironun göz hərəkətlərinin həyəcanlı düşüncələri azalda biləcəyini kəşf etməsi ilə başladı.Belə ki, o gəzinti vaxtı gözlərini sağa və sola hərəkət etdirdiyi zaman onda olan narahatçılıqın azaldığının fərqinə vardı.Shapiro bu metodu travmadan əziyyət çəkən bir çox insan üzərində test edərək elmi tədqiqiat formasında nəticələrini çap etdirdi.
Beynimiz ətrafdan aldığı bütün məlumatları “filtrdən” keçirib işləyərək bizə uyğun vəziyyətə gətirib yaddaşda saxlayır. Bu məlumatlar sayəsində gələcəkdə narahatçılıq yarada biləcək situatsiyalarda qərarlar veririk.Bu sistem normal işləmədiyi təqdirdə beyin yaşadığı pis, xoşagəlməyən hadisəni olduğu kimi qeyd edir və üstündən illər keçsə belə həmin hadisəni xatırladan ən kiçik detalda belə köhnə xatirələri xoş olmayan hisslərlə yenidən xatırlayır.
EMDR-ə görə hazırkı problemlərin kökündə “işlənməmiş” pis xatirələrimiz dayanır.Hər bir travmatik hadisə o an üçün özünə məxsus duyğu və düşüncələrdən ibarət qapalı bir halqa yaradır.EMDR seansları da məhz bu “qapalı halqanı” dəyişməyə yönəlir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi