“Nəzəriyyədən təcrübəyə - Açıq dərs” layihəsi.

25.05.2016- cı il tarixdə 207 nömrəli məktəbdə “Açıq dərs” layihəsi çərçivəsində kimya və biologiya fənləri üzrə dərslər keçirildi. Biologiya fənni üzrə VIIA sinfində müəllim Bənnayeva Şəlalə Cümşüd qızı, kimya fənni üzrə VIIIA sinfində müəllim Hüseynova Səbihə Məmmədsadıx qızı “açıq dərs” nümayış etdirdilər. Dərslərin dinlənməsində Nərimanov rayonunun 12 məktəbinin 14 nəfər ixtisas müəllimi iştirak edirdi. Dinləmədən sonra fənn müəllimlərinin iştirakı ilə dərslərin müzakirəsi keçirildi. Dərslərdə iştirak edən hər bir müəllim öz rəy və təkliflərini söylədi, dərslərin gedişinə öz münasibətlərini ifadə etdilər. Dərslər dinləyici müəllimlər tərəfindən yüksək qiymətləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi