“AÇIQ DƏRS”

24.05.2016 – cı il tarixdə 207 nömrəli məktəbdə fizika,riyaziyyat və informatika fənləri üzrə “Açıq dərs” lər keçirildi. Açıq dərslər fizika laboratoriyasında və komputer kabinetlərində keçirildi.Dərslərdə elektron lövhələrdən ,İKT avadanlıqlardan geniş istifadə olundu və fizika fənnindən təcrübələr aparıldı. Açıq dərslərinin dinlənməsində Xətai –Suraxanı metodik bölməsinin müdiri Firdövs Əhmədov və Nərimanov rayonu məktəblərinin 17 nəfər ixtisas müəllimi iştirak edirdi. Dərslər yekunlaşdıqdan sonra fənn və ixtisas müəllimlərinin iştirakı ilə müzakirələr həyata keçirildi.Müzakirələrdə müəllimlər açıq dərslərin onların fəaliyyətinə müsbət təsirindən razı olduqlarını və BŞTİ tərəfindən təşkil edilən bu layihəni çox bəyəndiklərini bildirdilər. Müəllimlər dərslərin müsbət cəhətlərini deməklə yanaşı, irad və təkliflərini də bildirdilər. Bu tədbirin davamlı olması arzusu ilə məktəbdən ayrıldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi