9-cu siniflərin monitorinq qiymətləndirilməsi
15 mart tarixində 207 nömrəli tam orta məktəbdə 9 illik təhsil bazası üzrə buraxılış imtahanı proqramları əsasında 9-cu sinfin birinci yarımilinədək keçirilmiş mövzular əsasında həm azərbaycan, həm də rus bölməsinin şagirdlərinin bilikləri üç fənn üzrə; tədris dili, ingilis dili və riyaziyyat fənləri üzrə qiymətləndirildi. İki variantda tərtib olunmuş sualları şagirdlər 90 dəqiqə ərzində cavablandırdılar.