Azərbaycan xalqının tarixi qələbəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020 tarixli F-512 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət planına uyğun olaraq 3 dekabr 2020-ci il tarixində Bakı şəhəri S.Yolçuyev adına 207 nömrəli tam orta məktəbin Pedoqoji şurası Vətən müharibəsinin şanlı zəfərinə həsr edildi.

Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan iclası giriş sözü ilə açan məktəbin direktoru xanım S.Seyidova  Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edildiyini bildirdi. Bu şanlı Qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin böyük rolu olduğu vurğuladı. O bildirdi ki, yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işi, peşəsindən asılı olmayaraq hər kəsin qarşısında duran ən ümdə vəzifələrdəndir. Bu yolda pedaqoji kollektivin də zəhməti böyükdür. Hansı peşədə çalışmasından asılı olmayaraq, gənclərimizin milli qürur hissinə sahib olan, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən vətəndaşlar kimi formalaşmasında hər kəs bir olmalı, birgə fəaliyyət göstərməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi