ÜMUMMİLLİ LİDER

Bu gün Heydər Əlirza oğlu Əliyevin doğum günüdür. Tarix çox şəxsiyyətlər yetişdirib. Amma Azərbaycanın tarixi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qurur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş dünya azərbaycanlıların bu ümummili liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılmışdır. Məktəbimizdə bu gün Heydər Əliyevin xatirəsinin həsr edilmiş videoçarx göstərildi. Şagirdlər hazırladıqları şeirləri və inşaları təqdim etdilər. Çəkdikləri rəsmlər də diqqət cəlb etdi. Öndərin həyat yolu bir daha işıqlandırıldı. Şagirdlərə faktlar çatdırıldı. Hər il Öndərimiz yad edilir və millətin yaddaşında əbədi olaraq yaşayır. Biz fəxr edirik ki, biz Azərbaycanlıyıq və bizim də belə Liderimiz olub. Allah rəhmət etsin.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi