Online iclas

01.05.2009-cu il tarixində 207 nömrəli məktəbin direktoru S.Seyidovanın rəhbərliyi ilə IX siniflərdə azərbaycan dili, rus dili (tədris dili), riyaziyyat və ingilis dili fənlərini tədris edən fənn müəllimlərinin iştirak etdikləri online iclas keçirildi.

İclası giriş sözü ilə açan xanım S.Seyidova müəllimləri salamladı, bu çətin dövrdə şagirdlərin tədrisdən geri qalmamaqları üçün öz işlərini vicdanla yerinə yetirən müəllimlərə təşəkkürünü bildirdi. Daha sonra direktor müəllimləri IX sinif şagirdlərinin imtahanın I mərhələsindəki nəticələri ilə tanış etdi və bildirdi ki, şagirdlərin nəticələrinin təhlili gələcəkdə onlara müvafiq fənlər üzrə öz bilik və bacarıqlarını daha da inkişaf etdirməyə kömək ola bilər. Qeyd edək ki, məktəbimiz IX sinif şagirdlərinin imtahan nəticələrinə əsasən Bakı şəhəri üzrə 42, Nərimanov rayonu üzrə 3-cü yerdədir. Məktəbimizdə ən yüksək nəticə ana dili fənni üzrədir.

İclasda həmçinin virtual.edu.az portalından aktiv istifadə üçün müəllimlərə tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi