ŞUŞANIN İŞĞALININ 24 –CÜ İLİ

Bu gün Şuşa şəhərinin işğalından 24 il keçir. Şuşa 1992 –ci il, mayın 8-də Rusiyanın 366 – cı alayının 40 zirehli texnikasının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Həmin gün gecədən başlayaraq Şuşaya Artilleriya zərbələrinin endirilməsi səhər saat 6-ya qədər davam edib. Bunun ardınca isə düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücüm edib. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralanıb, 480 həlak olub, 22 min nəfər öz yurdlarından didərgin düşüb. Əsr düşən 68 soydaşımızın taleyi barədə isə bu günə qədər də heç bir məlumat yoxdur.Bu gün məktəbimizdə Şuşanın işğalı günü anıldı. İşğalı əks elətdirən video materiallar nümayiş etdirildi. Tarixi həqiqətlər bir daha uşaqlara çatdırıldı. Biz tarixi unutmur, qan yaddaşımıza həkk edirik. İnşallah, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğal edilmiş torpaqlarımızı düşməndən azad edəcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi