Biz birlikdə güclüyük

Son vaxtlar bütün dünyada yayılan Korona virusla (COVİD 19) bağlı xəbərlər gündəmi zəbt edib. İstər böyüklüyündən, istər kiçikliyindən asılı olmayaraq bu cür xəbərlər hər bir insan üçün stress faktorudur. Stressədavamlılığı yüksək olan insanlar bu dönəmi rahat keçirə, pandemiya sonrası həyatına tez uyğunlaşa bilir. Lakin azyaşılı uşaqlar üçün bunu demək olmur.
Şagirdlərin vərdiş etdikləri gündəlik həyat şəraitindən izolyasiyası, dərslərin dayandırılması ilə bağlı depressiv vəziyyət, kiçik yaşlı məktəblilərdə yığılmış enerjini israf edə bilmədikləri üçün müşahidə olunan aqressiv davranışlar, abituriyentlərin qəbul imtahanlarının olub-olmaması ilə bağlı yaşadığı həyəcanla əlaqədar məktəbimizin psixoloqu K.Fərmanlı şagird və valideyinlərə online şəkildə psixoloji dəstək göstərir, uşaqların təcrid şəraitində vaxtını səmərəli keçirmələrinə yardım etmək, onların davamlı mütaliəyə həvəsini artırmaqla inkişafına kömək etmələri üçün valideyinlərə tövsiyələr verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi