Dilimizi sevək sevdirək

Ana dili hər bir xalqın  mənəviyyatının güzgüsü,dünyanın ümumi mədəniyyətinin tərkib hissəsi, mənəvi diriliyidir.

Hər bir millətin mühüm amillərindən  biri olan ana dili heç vaxt yaddan çıxmayan, unudulmayanqürur mənbəyidir. Azərbaycan dili tarixi genetik dəyərlərimizi,ruhumuzu, həyatımızın psixoloji-fəlsəfi cizgilərini yaşadan milli varlığıdır.

“Millətin milliliyini saxlayan onun dilidir “ (Heydər Əliyev)

Azərbaycan  dilinin  inkişafı onun saflığının qorunması bu gün ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin layiqli davamçısı prezident İlham Əliyev çıxışlarının birində dil haqqında deyirdi ki, hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək  və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq qabaqcıl adamlarının elm, bilikmxadimlərinin  fəaliyyəti nəticəsində mümkün olur.

21 fevral tarixində məktəbimizdə “Dilimizi sevək sevdirək” tədbirlər və açıq dərslər keçirildi. Tədbirdə məktəbimizin ibtidai sinif və yuxarı sinif şagirdləri çıxış etdilər. Tədbirdə və açıq dərsdə Azərbaycan ədiblərinin  yazdıqları əsərlərdən hazırlanmış monoloq  və  səhnəciklər təqdim olundu. Şairlərimizin ana dilimizə həsr etdikləri şerilər  şagirdlər tərəfindən məharətlə söylənildi. Mahnılar və rəqslər ifa olundu.

Şagirdlər bir daha Azərbaycan dilimizin zəngin, qədim və unudulmayan bir dil olduğunu dərk etdilər.

Gəlin, dilimizi sevək və sevdirək !!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi