Əli bəy Hüseynzadənin ana dilimizdəki rolu

Məktəbimizdə “Əli bəy Hüseynzadənin ana dilimizdəki rolu” adlı dəyirmi masa keçirildi. Dəyirmi masada məktəbin kitabxana müdürü M.Məmmədova və VIII sinif şagirdləri iştirak edirdilər.

M.Məmmədova şagirdlərə türk xalqlarının mədəni inteqrasiyasının təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən, eləcə də çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verən görkəmli ictimai xadim Əli bəy Hüseynzadə haqqında məlumat verdi, videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi