Pedaqoji Şura

2019-2020-ci tədris ili üzrə I yarımilin başa çatması ilə əlaqədar 207 nömrəli məktəbdə Pedaqoji Şuranın iclası keçirildi.
İclasın keçirilməsində əsas məqsəd I yarımildə görülən işləri bir daha nəzərdən keçirmək, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparmaqdan ibarətdir.
Pedaqoji Şuranın toplantısında məktəbin direktoru S.Seyidova və müavinlərin məruzələri, sinif rəhbərlərinin hesabatları dinlənilir.

İclasda 2019-2020-ci dərs ilinin prioritet fəaliyyət istiqamətləri, I yarımil ərzində təhsilin keyfiyyətinin artırılmasına dair görülən işlər, məktəbdaxili qiymətləndirmələrin və fənn olimpiadalarının nəticələri, dərsə davamiyyət, IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması, qarşıda duran vəzifələr və digər mövzular ətrafında müzakirələr aparıldı, müvafiq qərarlar qəbul edildi. Müəllimləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi