İnsan alveri insanlığa qarşı cinayətdir

İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir. Bu əmələ güctətbiqetmə, məcburetmə, oğurluq, dələduzluq, aldatma, səlahiyyətdən və ya müdafiəsiz vəziyyətdən sui-istifadəetmə, şəxslərin istismar məqsədilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması aiddir.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) hesablamasına görə hər il 1,2 milyon uşaq uşaq alverinin qurbanı olur. Aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır. Bunun qarşısını almaq üçün mütəmadi olaraq marifləndirici tədbirlər keçirilməlidir.

Bu gün şagirdlərlə “İnsan alveri insanlığa qarşı cinayətdir” mövzusunda marifləndirici söhbət aparıldı. Söhbət zamanı insan alveri nədir, uşaqlar insan alverinin qurbanına çevrilməmək üçün nələri bilməlidirlər, kimlərin vasitəsilə insan alverinin qurbanına çevrilirik kimi suallar cavablandırılmış oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi