Vətən igidləri ilə öyünər

Vətən hər birimiz üçün müqəddəs və əzizdir. Dünyada ən böyük qəhrəmanlıqlar məhz vətən naminə edilib. Şəxsiyyətləri, qorxmaz sərkərdələri, cəsur igidləri ilə öyünüb və yüksəlib bu Vətən!

Dünyada hər şey kiçilir, amma vətən kiçilməz. Onu tərif edə biləcək söz isə məhəbbətlə yoğrulan ən qüdrətli kəlamdır. Əsl vətəndaş vətən üçün öz xidmətini göstərməlidir. Vətənpərvərlik vətənə məhəbbət, əcdadların ənənələrinə hörmət deməkdir.

Bu gün məktəbimizdə “Vətən igidləri ilə öyünər” adlı tədbir keçirildi. Tədbirdə məqsəd şagirdlərdə vətənə, dövlət atributlarına, milli-mənəvi dəyərləırimizə sadiqlik hissi aşılatdırmaq idi. Məhz şagirdlərimiz sabahın gəncləri, əsgərləridir. Onlar demokratik vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu yolu ilə gedən Azərbaycan və azərbaycanlıların ətrafında sıx birləşərək müstəqilliyimizi daha da möhkəmləndirməlidirlər. Şagirdlərin çıxışı bir daha sübut etdi ki, onlar itirilmiş torpaqlarımızın bərpa olunmasında, işğal altında olan ərazilərimizin qaytarılmasında həlledici sözü deyə biləcək vətənpərvər şahinlərimizdir.

Sonda məktəbin hərbi rəhbəri Ə.Həsənov və tədris işləri üzrə direktor müavini İ.Səfərova çıxış edərək tədbir barəsində öz fikirlərini bildirdilər və şagirdlərə təşəkkür etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi