20 Yanvar faciəsindən 30 il ötür

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş bu tarix Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Bu gün hamımız şəhidlərimizin məzarını, onların müqəddəs ruhlarını yad edərək, o dəhşətli anları yenidən yaşayırıq.

Hər il məktəbimizdə olduğu kimi bu il də canlarını vətən, xalq və torpağımız uğrunda  fəda edən şəhidlərimizin anım günü keçirildi.

Himnimizin sədaları altında  başlayan tədbirdə ilk öncə şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Ulu Öndər Heydər Əliyevin imperiyanın baş şəhərində keçirdiyi mətbuat konfransında verdiyi bəyənatın videoçarxı göstərildi.

Şagirdlərin hazırladıqları səhnəciklər, söylədikləri şeirlər, Xor dərnəyinin ifasında vətənpərvərlik mahnıları tədbiri daha da yaddaqalan etdi.

Bu şərəfli gün birliyimizi nümayiş etdirir. Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə rəşadətli ordumuz şəhidlərimizin intiqamını mənfur düşnməndən alacaq və torpaqlarımızı azad edəcəkdir.

Başını dik tut Vətən!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi