Şəhidlərimizi rəhmətlə yad edirik.
Hər il olduğu kimi bu il də şagird və müəllimlərimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan oğul və qızlarımızın məzarlarını ziyarət etdilər.
Ziyarət zamanı müəllimlər 19- dan 20-nə keçən gecə xalqımızın başına gətirilən qəddarlıqlar, bu faciə nəticəsində xalqımızın hansı itkiləri verdiyi barədə şagirdləri məlumatlandırdılar.
20 Yanvar günündə hər bir vətəndaşın Şəhidlər xiyabanına üz tutması və şəhidlərimizin xatirəsini yad etməsi vətəndaşlıq borcudur.