Valideynin məktəbdə bir günü

207 nömrəli məktəbdə valideynləri övladlarının təhsil aldıqları tədris ocağı ilə daha yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirmək məqsədilə “Valideynin məktəbdə bir günü” adlı layihə tətbiq edilir.

İlkin olaraq ibtidai sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi.

Müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsində, onların əlverişli psixoloji mühitdə böyüməsində mühim rolu olduğu bu görüşdə bir daha təsdiq edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi