BİZ HAMIMIZ MÜBARİZİK

Aprelin 2-dən 5 –dək Azərbaycan və Ermənistan silahlı qüvvələri arasındakı döyüş qarşıdurması zamanı Silahlı Qüvvələrimizin bölmələri tərəfindən endirilən əkshəmlələrdən düşmən tərəfin çoxsaylı itkilər verərək məğlubiyyətə uğradılması soydaşlarımızın ruh yüksəkliyinə səbəb olmuşdur. İgid, cəsur əsgərlərimiz bir daha düşmənə layiqli zərbələr endirmişlər. Cəhbənin ən gərgin Ağdərə - Tərtər- Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilmişdir.Döyüşlərdə şəhid olanların və xüsusi şücaət göstərmiş əsgər və zabitlərimizin gənc nəslə tanıdılması onların qəhramanlıq nümunələrinin təbliği ilə əlaqədar məktəbimizdə “Biz hamımız Mübarizik” adlı tədbir keçirildi. Tədbirdə VI, IX, X sinif şagirdləri iştirak etdi və hazırladıqları şeirlər və hekayələr hamını duyğulandırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi