Dəyirmi masa

Bu gün Nərimanov rayonu 207 nömrəli tam orta məktəbdə dahi yazıçı, görkəmli publisist, məşhur dramaturq C.Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə “Dəyirmi masa” keçirildi. ”Dəyirmi masa”da məktəbin 5a sinif şagirdləri tərəfindən C.Məmmədquluzadənin “Poçt qutusu” hekayəsinin təqdimatı oldu. Kiçik yaşlı məktəblilər böyük həvəslə hekayənin mövzusu, ideyası haqqında maraqlı fikirlər söylədilər. Cahilliyi, avamlığı, savadsızlığı pisləyərək, bu amillərin cəmiyyətdə doğurduğu fəsadları göstərməyə çalışdılar. Elmin, biliyin insan həyatındakı böyük rolunu bir daha vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi