Ümumtəhsil məktəblərinin şagirdləri arasında beynəlxalq riyaziyyat olimpiadasında dəfələrlə iştirak etmiş Nərimanov rayonu, S. Yolçuyev adına 207 nömrəli tam orta məktəb in 6-ci A sinfinin şagirdi Azaylı Cavid bürünc medala layiq görüldü.
Qeyd edək ki, PANGEA Math World 79 ölkədən 3 milyondan çox şagirdin iştirak etdiyi beynəlxalq riyaziyyat olimpiadasıdır.
19.12.2022-ci il tarixində keçirilən ABŞ-ın məşhur Beynəlxalq Kopernik Olimpiadasında şagirdlərimiz 3-cü sinifdən 11-ci sinifə qədər təhsilaların yarışdığı Riyaziyyat kateqoriyasında iştirak edərək qalib olmuş, medallarla təltif olunmuşdur.
Uğurlarinız daim bol olsun, belə davam edin.
Barış Vəlizadə qızıl,Azaylı Aydan- gümüş,Azaylı Cavid- bürünc,Məmmədov Nicat -bürünc
Bütün iştirakçılar dünyanın 26 ölkəsində Beynəlxalq Universitetlər tərəfindən tanınan Kopernik Olimpiadasının Beynəlxalq sertifikatı ilə təmin olunmuşlar. Qızıl, gümüş, bürünc medallar əldə edən iştirakçılar Amerikada final mərhələsində iştirak haqqı qazanırlar.