"Mənim peşəm, mənim gələcəyimdir" mövzusunda təşkilat saatı.

4 a sinif müəllimi Mirzəyeva Aida sinfi ilə "Mənim peşəm, mənim gələcəyimdir" mövzusunda təşkilat saatı keçirtdi. Təşkilat saatında peşə seçiminin, insanın maraqlarından irəli gələn, gələcək həyat tərzini və təminatını təyin edə biləcək fəaliyyət növü olmasından danışıldı. İnsanların uğur qazanmasında əsas sirrin istedad və bacarıqlarına uyğun peşə seçməsi, öz sənətini sevərək vəzifəsini icra etməsində olması vurğulandı. Şagirdlərin maraqlandıqları peşələrdən verdikləri suallar cavablandırıldı, seçdikləri peşələr haqda danışmalarına imkan yaradıldı. Təşkilat saatı müqəddəs peşələrdən sayılan müəllim peşəsinə həsr olunan "Müəllim ömrü" mahnısı ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi