"Elimizə, obamıza bahar gəlir" adlı festifal.

   Elimizə, obamıza bahar gəlir....qaranquşların qanadında, bənövşənin rayihəsində, arxların başını bəzəyən yarpızın ətrində, torpağın oyanışında duyulur baharın gəlişi... Ağaclar tumurcuqlayıb ,bəziləri-ərik, badam ağacları çiçək açıb. Çəmənləri bənövşələr bəzəyir. Nə gözəldir bahar, nə xoşdur çiçəklərin ətri ...heç bir fəsildə belə gözəl ətir yoxdur.

    Baharın gəlişi ilə elə bil cana gələn ağ köpüklü dağ çayları təbiətə bir başqa gözəllik verir.Çayların şırıltısı, bulaqların zümzüməsi bir-birinə qarışıb.

   "DƏYƏRLƏRİMİZİ QORUYAQ" layihəsi çərçivəsində məktəbin 6-11-ci sinif şagirdlərinin təşkil etdiyi Novruz adət-ənənələrini təbliğ edən müsabiqə keçirilmişdir.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

    Tədbiri giriş sözü ilə açıq elan edən məktəbin direktoru Cavid Cəfərzadə bildirdi ki, bahar gəlişi ilə elimizə,obamıza təravət gətirir. Bu, təravət bizim ruhumuzu isidir, bizə sevinc bəxş edir.İnsanlar bahar fəslini çox sevirlər. Çünki bu fəsildə hamımızın şıltaq uşaq sevinci ilə gözlədiyimiz bir bayramı qarşılayırıq. Bu, Novruz bayramıdir. Daha sonra vurğuladı ki, bu gün Novruz bayramı Şuşada, Laçında, Xankəndində, Xocalıda və digər işğaldan azad olunmuş torpaqlarımız təmtəraqla qeyd olunur, bunun üçün şəhidlərimizə və qazilərimizə minnətdarıq. Valideynlərə təşəkkürünü bildirən məktəbin direktoru qeyd etdi ki, valideyn-məktəb əməkdaşlığı ən yüksək səviyyədə olmalıdır.Əməkdaşlıq uğurlu olmalıdır.

     Daha sonra şagirdlərin hazırlamış olduqları səhnəciklər, nömrələr nümayiş olundu, süfrələrə baxış keçirildi. Uğurlar arzu olundu.

Bayramınız mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi