"Bütöv Azərbaycana ilk bahar gəlir" adlı festifal.

   İlin ən gözəl fəsillərindən biri bahardır. Bu fəsil gözəllik fəsli, xoş əhvaliruhiyyə fəslidir. Bahar gələndə təbiətdə böyük dəyişikliklər baş verir. Baharın yurdumuza qədəm qoyduğu ilk gün gecə ilə gündüzün bərabərliyi günüdür.

   Bahar gələndə təbiət canlanır, günlər uzanmağa başlayır, torpaq isinir, ağaclar oyanır. İlk yarpaqlar, ilk çiçəklər təbiəti bəzəyir. Bəzi heyvanlar qış yuxusundan ayılır. Köçüb getmiş quşlar geri dönür. İnsanlar bu zaman əkinə-biçinə hazırlaşırlar. Ona görə də ulularımız çox qədim zamanlardan baharın ilk gününü yeni ilin başlanğıcı kimi bayram şənlikləri ilə qarşılayırlar. Bu Bahar bayramı adlanır. Sonralar bu bayramı Novruz bayramı adlandırmışlar.

   Novruz «yeni gün» deməkdir. Xalq şaxtadan, soyuqdan, qışın əziyyətindən qurtulmasının ilk gününü bayram edir. Bəzi Şərq xalqlarında bu bayram həm də Yeni il bayramı kimi qeyd olunur.

    "DƏYƏRLƏRİMİZİ QORUYAQ" layihəsi çərçivəsində məktəbin ibtidai sinifləri ən yaxşı xonça müsabiqəsi, süfrə mədəniyyətinin təbliği istiqamətində tədbir təşkil etdilər.

     Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

     Məktəbin direktoru Cavid Cəfərzadə, direktor müavinləri Xanımqız Qəniyeva və Ülviyyə Ələsgərova siniflərin təşkil etdiyi süfrələrə, xonçaları baxış keçirdi.

     Tədbiri giriş sözü ilə açıq elan edən məktəbin direktoru Cavid Cəfərzadə bildirdi ki, Novruz səmimiyyət bayramı, xoş arzular bayramıdır. Novruza hələ bir ay qalmış xalq bayrama hazırlaşır. El arasında həmin bu aya Novruz ayı deyilir. Bu ayın dörd çərşənbəsinin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə - oda, torpağa, suya və havaya (küləyə) həsr olunur. Bunun özü də onu göstərir ki, Novruz bayramı dünyanın ən qədim, ən müdrik bayramlarından biridir. Şagirdlərə elmli olmağı tövsiyyə etdi, valideynlərə təşəkkürünü bildirdi.

      Daha sonra 1-a, 2-a,b, 3-a,b, 4-a,b, 5-a,b siniflərinin hazırlamış olduqları nömrələr nümayiş olundu.

      Bayramınız mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi