1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsi ilə əlaqədar.

   Prezident İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsi ilə əlaqədar.

   : Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Hətta düşünürdülər ki, bu layihələri reallaşdırmağa gücümüz çatmayacaqdır. Buna baxmayaraq biz artıq istədiyimizə mükəmməl şəkildə nail olduq. Artıq, cənub Qaz Dəhlizi layihəsi reallaşdı. İqtisadi gücümüz buna imkan verdi. Bəli, bu günkü mövzumuz cənab prezident İlham Əliyevin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsi ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" prizması ilə Azərbaycan Respublikası öz gücünü dünyaya nümayiş etdirməyə qadirdir. Bizə inanmayanlar isə inkişafı görəndə təbii ki, məyusluq hissi keçirdirlər.

    Bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq və bu layihənin reallşamsının məqsədini izah edəndə bu arzuolunan yox reallığa çevrildi, elə odur ki, 3500 km cənub qaz dəhlizi arzu və istəkdən yox reallıqdan ibarət oldu. Bu layihədən təkcə Azərbaycan tərəfi yox, digər ölkələrdə yararlanmağa başladı.

    Azərbaycanın mənafeyini qorumaq, Azərbaycan dövləti tərəfindən layihə iştirakçılarına hərtərəfli kömək göstərilməsini və əlverişli şəraitin yaradılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 29 oktyabr tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradıldı.

    Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər, həmçinin nəql etməyə imkan verən yeni interkonnektorlarımız vardır. Bu gün təkcə bu layihədən Azərbaycan Respublikası yox, Türkiyə, Albaniya, Yunanıstan, Gürcüstan kimi ölkələr yararlanır, bu da iqtisadi gücü və beynəlxalq arenada nüfuzu gücləndirir.

    Məhz Cənab prezident bir məsələni xüsusi diqqətə çatdırdı və qeyd etdi ki, iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik bunu təhdid yaradan amil kimi dəyərləndirdi. Ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq.

    Neft və qaza malik ölkələr günahlandırılmamalıdır, qazıntı yanacağına sahib olmaq onların günahı deyildir. Azərbaycan hamının üzləşdiyi "Neft lənəti" nə uğramadı.

     Xəzər rayonu 206 nömrəli tam orta məktəbin direktoru Cavid Cəfərzadə

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi